Ağcabədidə 17 nəfər cərimələndi

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki kafelərin birində karantin qaydalarına zidd olaraq ad günü məclisi təşkil edən şəxslər müəyyən edilib.

Obyektin sahibi də daxil olmaqla, ümumilikdə, 17 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR