7200-dən çox şəhid ailəsi üzvünə təqaüd təyin olunub

Nazirliyin həm rəhbər vəzifəli şəxsləri, həm də digər əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilir, onlara hüquqlarına dair məlumat verilir.

Metbuat.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir vurğulayıb ki, şəhidlərimizin ailə üzvlərinə sosial təminat növləri üzrə ödənişlərin (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunması işlərinin operativ təşkili üçün postmüharibə dövrünün elə ilk günlərindən xüsusi işçi qrup yaradılıb və bütün əməkdaşlar bu işlərə səfərbər edilib:

"Şəhid ailələri üzvlərinin müraciətinə, onların zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanılmaqla və elektron sistem üzərindən proaktiv qaydada sosial ödənişlər təyin olunub. Artıq 2850 şəhidin 7230 ailə üzvünə 12846 istiqamət (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) üzrə sosial ödəniş təyinatı aparılıb və artıq bu proses yekunlaşmaq üzrədir. 83 mülki şəhidin 206 ailə üzvünə də 400 sosial ödəniş təyin edilib".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR