Göyçayda usta ehtiyatsızlıq etdiyi üçün öldü -

Göyçay şəhərində ustanı tok vuraraq öldürüb.

Metbuat.az-ın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində Göyçayda yerləşən 3 mərtəbəli obyektin birində qeydə alınıb.

Rayon sakini, eyni tikilidə usta işləyən 32 yaşlı Sadıq Fətullayev ehtiyatsızlıq etdiyi üçün cərəyan onu vurub.

Məlumata görə, Sadiq Fətullayev binanın fasad hissəsinə aqlay vuran zaman əlindəki dəmir əşyanın yaxınlıqdan keçən şəhər elektrik şəbəkəsinin naqillərinə toxunması nəticəsində hadisə baş verib.

O, Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib

Fakt araşdırılır.

Davud Tarverdiyev

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR