x
Loading...
.

Uşaqların xaricə aparılması üçün icazələr asanlaşdırılıb

.

Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslərin xaricə getməsi üçün valideynlər mobil notariat vasitəsilə icazə verə bilər.

Metbuat.az-ın məlumatına görə, bunu bu gün keçirilən onlayn brifinqdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Zaur Həsənov deyib.

O bildirib ki, artıq istənilən valideyn yetkinlik yaşına çatmayanların xaricə getməsinə elektron icazə verə bilərlər: "Bu proses mobil notariat tətbiqində istifadəyə verilib. Vətəndaş günün istənilən vaxtında mobil tətbiq vasitəsilə olduğu yerdən azyaşlıların ölkədən getməsinə razılıq əldə etmək üçün ərizəni rəsmiləşdirə bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR