Rusiyadan MÜHÜM Qarabağ açıqlaması:

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Qarabağda Türkiyə ilə qarşılıqlı əlaqəni "çox çətin bir əməliyyat" hesab etdiyi barədə açıqlama verib.

Metbuat.az Rus KİV-nə istinadən xəbər verir ki, Şoyqunun sözlərinə görə, prezident Putin Qarabağla bağlı razılığa gəlmək üçün gərgin səy göstərib.

Müdafiə naziri bildirib ki, hazırda Qarabağ ərazisindəki atəşkəs rejimini izləmək üçün Azərbaycan ərazisində Rusiya-Türkiyə monitorinq mərkəzi yerləşdirilib. Mərkəzin yaradılması son döyüşlərdən sonra atəşkəsin uğurlu nəticələrindən biri idi.

"Müharibədən sonra biz hər kəsi razı salmalı idik. Biz müdafiə nazirləri səviyyəsində Türkiyəli həmkarlarımızla da bu məsələni bir neçə dəfə müzakirə etdik. Məqsəd ilk növbədə Qarabağda günahsız insanların bir-birini öldürməsinin qarşısın almaq idi''.

Rusiya Müdafiə naziri açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycanın ikitərəfli münasibətləri inkişaf etdirmək üçün bir-biri ilə müzakirələrə başlayacaqlarına ümid edir.

"Burada əlbəttə ki, çox şey Rusiyanın Türkiyə ilə olan münasibətlərindən asılıdır. Artıq yeni oyunçular, köhnə qonşular meydana çıxıb, ancaq onların da öz təklifləri var.Mən İranı da nəzərdə tuturam.

Burada, infrastrukturun inkişafı, dəmir yolu və nəqliyyat əlaqələrinin qurulması nəzərdə tutulur. Cavablandırılması lazım olan hələ ki çox sual var''-deyə Şoyqu bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR