ŞOK DRON həmləsi: Dünya üçün yeni dövr başlayır

Birləşmiş Ərəb Əmirlikləri quraqlığın qarşısını almaq üçün dronların köməyindən istifadə etmək niyyətindədir.

Metbuat.az xəbər verir ki, elm adamları xüsusi dronları buludların arasında uçurdaraq, yağış yağmasına şərait yaradacaq. Krallıq bununla bağlı araşdırmalara 1.3 milyon dollar vəsait xərcləyib. Layihənin hazırlanmasında britaniyalı alimlər də iştirak edib. Yeni texnologiyaya görə, dronlar buludların içində elektrik enerjisinin təsiri ilə su damcıları əmələ gətirəcək.

Əvvəllər su damcılarıını əmələ gətirmək üçün kimyəvi üsullardan istifadə edilirdi. Lakin bu üsul yalnız 30 faiz effekt göstərirdi.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR