Ölkəmizdə günəş enerjisinin istehsalı 13 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 432,2 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Metbuat.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 3,1 % azalma müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 0,6 % azalaraq 51,3 milyon manat təşkil edib.

Ötən iki ay ərzində Azərbaycanda 4 279 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Bunun 4 141,6 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 2 % azdır.

Bunun 134,6 mln kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 8,1 % çoxdur.

Bunun 3 987,2 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2020-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə 2,2 % azdır.

Hesabat dövründə Azərbaycanda 14,5 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2020-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə 14,7 % azdır.

Yanvar-fevral aylarında ölkədə 5,3 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 12,8 % çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR