Gənclərə ŞAD XƏBƏR:

Müasir dövrdə internet texnologiyasının sürətli inkişafı yeni layihələrin ərsəyə gəlməsinə şərait yaradır. Azərbaycanın qlobal potensiallı startap ekosisteminə daxil olması planlaşdırılan yeni layihələrdən olan "Komanda Yoldaşını Tap'' konseptli ''Teammers'' platforması da bu siyahıdadır.

Bu barədə Metbuat.az-alayihənin təsisçilərindən Amerikada yerləşən Mərkəzi Florida Universitetinin tələbəsi Həsən Səfərli açıqlama verərək bildirdi ki, ''Teammers''-i yaratmaqda məqsəd startap yaradarkən gənclərin üzləşdiyi ən əsas problem-komanda yoldaşı tapmaq məsələsində köməkçi olmaqdır.


"Hal-hazırda startap yaradarkən üzləşdiyimiz ən böyük problemlərdən biri komandaya uyğun adam tapa bilməməkdir. Proyektə uyğun adam tapa bilməməyimiz aramızda çoxlu münaqişələrin yaranmasına, vaxt itkisinə və daha da pisi proyekti uğursuz şəkildə sonladırmağımıza səbəb olur. "Teammers" ilə siz komanda yoldaşınızı tapmaqla yanaşı, digər layihələrə qoşulub müxtəlif komandalarda da iştirak edə bilərsiniz.

Bu platforma çox qısa vaxt ərzində komanda yoldaşlarını birləşdirir və layihələrin uğurlu şəkildə başlamasına təkan verir''.

Həsən deyir ki, artıq 10 aydır üzərində işlədikləri "Teammers" layihəsinə 17 gündür start veriblər. Platformada 2 həftə ərzində artıq 300-dən çox qeydiyyatdan keçən istifadəçi var.

''Ümumi olaraq platformada 19 layihə yerləşdirilib və bu layihələrə gələn müraciət sayı artıq 235 nəfəri ötüb. Layihərin ümumi baxış sayı isə 11 mini keçib. Hətta, "Teammers" platformasının köməyi ilə layihələrinə start verən komandalar da var və bu da layihənin uğurunun göstəricisidir.

Müxtəlif dillərdə fəaliyyət göstərəcək olan platformamızın il sonuna kimi potensial və hədəf qoyduğumuz müştəri sayı 1 milyondur''.

"Teammers" layihəsini digər həmtəsisçilərindən olan Bakı Ali Neft Məktəbinin tələbəsi Zəka Abbasov da bu layihənin uğurlu olacağından əmindir.


" ''Teammers''-lə bağlı qurduğumuz planlar çoxdur. Platforma gözləntilərimizi doğrultdu və onu qeyd etmək istəyirəm ki, bu platforma müxtəlif dillərdə də fəaliyyət göstərəcəkdir.Düşünürəm ki, ''Teammers'' daxil olmaqla Azərbaycanda çox yaxın zamanda qlobal potensiallı layihələr yaranacaqdır. Yaxın gələcəkdə "Teammers" layihəsini xarici bazarda da görəcəksiniz''.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR