Azərbaycanda koronavirus nə vaxt bitə bilər? -

Azərbaycanda vaksinasiya tempi sürətlə gedir, yarım milyona qədər insan artıq vaksinasiya olunub. Ancaq bu proses daha da sürətləndirilməlidir.

Metbuat.az-ın məlumatına görə, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

A.Qurbanov bildirib ki, son məqsəd virusa qarşı kütləvi immunitet yaratmaqdır: “Son məqsədimiz əhalinin böyük əksəriyyətində immunitet yaratmaqdır. Əhalinin təqribən 60-70 faizində immunitet yaratsaq, bu pandemiya daha bizi narahat etməyəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR