Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 330 m² olan ikimərtəbəli mansarda tipli evin ikinci mərtəbəsinin və mansardasının yanar konstruksiyaları 45 m² sahədə yanıb.
Metbuat.az-ın FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.