Daxili İşlər Nazirliyindən yeni

Daxili İşlər orqanlarında yeni kadr təyinatı olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Sahib Süleymanov Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə rəis təyin edilib. O, bu təyinata qədər Şabran Rayon Polis Şöbəsinin DYP bölməsinin İnzibati təcrübə üzrə inspektoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bu gün nazirin digər əmrinə əsasən, polis polkovnik-leytenantı Elxan Zamanov Balakən Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR