Millimizdə Qara Qarayev şoku

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Metbuat.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev zədəli olduğu üçün milli komanda ilə birgə səfərə yollana bilməyəcək.

Xatırladaq ki, millimiz Portuqaliya yığması ilə martın 24-də keçiriləcək qarşılaşma üçün sabah - martın 22-də İtaliyanın Turin şəhərinə yola düşəcək.

Azərbaycan millisi martın 27-də Qətər, ayın 30-da Serbiya yığmaları ilə də qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR