x
Loading...

Sabiq deputatın polis qardaşı vəzifədən ÇIXARILDI

.

Deputatlığı dövründə anası Bəsirə Əliyevanın ona qarşı iddiaları ilə gündəmə gələn Sona Əliyevanın qardaşı Adil Əliyev vəzifədən çıxarılıb.

Metbuat.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Adil Əliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

Xatırladaq ki, 2018-ci ilin aprel ayında keçmiş deputat Sona Əliyevanın anası Bəsirə Əliyeva “Qafqazinfo”ya müraciətində bildirib ki, mərhum əri Sakit Əliyevdən qalan əmlakları qızı Sona deputatlığından istifadə edərək ələ keçirib. Bununla bağlı ailə üzvləri arasında məhkəmə çəkişmələri də olub.

Sona Əliyevanın atası Sakit Əliyev Şəmkirdə “Sərxan” otelinin, “Murovdağ” şadlıq sarayının və bir çox digər kommersiya daşınmaz əmlakın sahibi olub.

S.Əliyeva 2015-2020-ci illərdə 99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR