Qarajdan 30 min dollarlıq oğurluq edildi

Yasamal rayonunda qarajların birindən 30 000 ABŞ dolları dəyərində məişət əşyaları və kolleksiya markaları oğurlanıb.

DİN-in Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Qədirov, İ.İlyasov və Ə.Əsgərov saxlanılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR