x
Loading...
.

Türkiyədən dünyanı silkələyən xəbərdarlıq: Hər addımınızı izləyirik

.

Dünyanın gündəmini zəbt edən “Ever Given” gəmisinin Süveyş kanalında saya oturması ilə bağı hadisə müxtəlif iddiaların ortaya atılmasına səbəb olub. Hadisənin qəsdən törədildiyinə dair iddialar var.

Mütəxəssislər, hadisənin Misiri cəzalandırmaq, onun imicinə zərbə vurmaq üçün qəsdən təşkil edilə biləcəyini irəli sürür. Məsələ burasındadır ki, son günlər Misir və Türkiyə arasında münasibətlər yaxşılaşır. Hətta bu məqsədlə Qahirə Yunanıstanla imzaladığı Aralıq dənizində sərhədlərin müəyyən edilməsinə dair sazişdən imtina etmişdi. Misirin Türkiyənin əlehinə olan sazişdən imtina etməsi bəzi dövlətlər tərəfindən böyük narahatlıqla qarşılanıb. Mütəxəssislər hesab edir ki, saya oturan gəminin torpaqdan çıxarılması prosesinin uzan çəkməsi şübhə yaradır. Halbuki, qurudan müdaxilə edib prosesi sürətləndirmək olardı.

Türkiyənin Dəniz polisi birliyinin sədri, kapitan Cahit İstikbal:

“Ya səhlənkarlıq var ya da qəsdən törədilən hadisədir. Gəmi çox böyük gəmidir. Qum olan ərazidə saya oturub. Sahildən müdaxilə nəticəsində gəmini tez çıxarmaq olardı. Proses niyə bu qədər uzandı bilmirəm”.

Sosial mediada yayılmış Türkiyənin "Göytürk-1" peyki vasitəsilə çəkildiyi deyilən yüksək keyfiyyətli fotonu Ankaranın dünyaya verdiyi mesaj kimi başa düşmək olar: “Hər yeri aydın görə bilirik. Hər addımınızı izləyirik”.

Süveyş kanalında baş verən hadisə İsrailin alternativ kanal barədə planlarını yenidən gündəmə gətirib. Əslində İsrailin nəqliyyat qovşağındakı mövqeyindən istifadə etmək səyləri yeni deyil. Lakin indi planın daha “ali dairələr” tərəfindən gündəmə gətirilməsi diqqət çəkir. Layihəyə Birləşmiş Ərəb Əmirlikləri də fəal dəstək verir. Layihə məhz Süveyş kanalını sıradan çıxarmaq üçün hazırlanıb.

Qeyd edək ki, saya oturan gəmi bu gün səhər saatlarında artıq çıxarılıb. Gəminin mühərriki normal işləyir və yaxın saatlarda kanaldan uzaqlaşacaq.

Yaponiyaya məxsus yük gəmisinin bir həftə əlverişsiz hava şəraiti ilə əlaqədar saya oturduğu açıqlanıb. Nəticədə bölgədə uzun gəmi tıxacı yaranıb. Bu hadisə dünya iqtisadiyyatına gündəlik 10 milyard dollar ziyan vurur, həmçinin neftin qiymətinin bahalaşmasına səbəb olurdu.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR