UEFA bu klubumuza 5000 avro ayırdı

UEFA "Qəbələ" klubuna 5 000 avro ayırıb.

Metbuat.az-ın məlumatına görə, bu məbləğ "qırmızı-qaralar"ın Gənclər Liqasında 2020/21-ci il mövsümünün 1/64 final mərhələsində iştirakı zamanı səyahət və yerləşdirmə xərcləri üçün ayrılıb.

Həmin vəsait AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, "Qəbələ" ötən mövsüm Gənclər Liqasının ilkin mərhələsində Kipr APOEL-i ilə səfərdə 1:1 hesablı heç-heçəyə nail olsa da, evdə məğlubiyyətlə üzləşib - 0:1.(Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR