Kosmosda sərvət ''yatır''-

Keçən il NASA, dəyəri 10 kvintilyon dollar olan və tərkibində qızıl, platin, nikel, mis, kobalt, iridiyum və redium kimi qiymətli metalların olduğu "Psyche 16" asteroidinə getmək barədə SpaceX ilə razılaşdı.

Metbuat.az xəbər verir ki, NASA açıqlamalarında, sözügedən asteroidə göndərəcəyi kosmik gəminin son yığımına başladıqlarını bildirib.

NASA, 10 milyard dollarlıq meteoritə gedir: Vasitə yığımı 1 saylı başlayır

Həmin gəmi 2023-cü ildə Marsın cazibəsinə daxil olacaq. 2026-cı ildə isə ''Psyche 16'' adlı asteroidə həmin gəmi çatacaq.

Həmin asteroiddə tapılan 10 kvintilyon dəyərində olan mədənlər, 75 trilyon dollar dəyəri olan dünya iqtisadiyyatını alt-üst edəcək həddədir. Yəni dünyada bütün insanlar milyarder ola bilərlər. Amma NASA tədqiqatçıları ilk səyahətində meteoriti yalnız uzaqdan izləyəcəyini və heç bir maddə toplamayacaqlarını bildiriblər.

Qeyd edək ki, ilk dəfə 1852-ci ildə kəşf edilən və diametri 200 kilometr olan nəhəng meteorit də Mars və Yupiter arasında yerləşir və digər meteoritlərlə müqayisədə Yerə çox yaxındır. Bu səbəbdən də tədqiqatçılar sözügedən səfərdə meteoriti rahat şəkildə müşahidə edə biləcəklər.

Gülbəniz Hüseynli / Metbuat.az

(Haberglobal)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR