Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1974-cü il təvəllüdlü Soltanov Natiq Mövsüm oğlu aralarında yaranan münaqişə zəminində doğma qardaşı olan, 1981-ci il təvəllüdlü Soltanov Ramin Mövsüm oğlunu bıçaqlayıb.

Yaralı təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev / Metbuat.az