x
Loading...
.

DİN həftə sonu 43 cinayətin üstünü açıb

.

Respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, son iki gün ərzində 43 cinayətin üstü isti izlərlə açılıb. Əvvəlki dövrlərdən qalan 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borcu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadissi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR