Göyçay rayonunda ölüm hadisəsi baş verib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə bu gün saat 19:00 radələrində rayonun Qarayazı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Məmmədov Rüstəm Şəmsəddin oğlu yaşadığı evdə qəflətən dünyasını dəyişib.
İlkin verilən məlumata əsasən, 33 yaşlı gəncin ürək tutmasından öldüyü bildirilib.
Davud Tarverdiyev / Metbuat.az