Şimali Koreyanın ağırlığı 3 min ton olan sualtı qayıq hazırladığı ehtimal edilir.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ və Cənubi Koreya kəşfiyyatı birgə məlumat yayıb. Kəşfiyyat xidməti hesabatında “3 min tonluq gəminin hazırlandığından şübhələnirik” cümləsi yer alıb. İddialara görə, Pxenyan ballistik raketlər ata bilən gəmini suya endirmək üçün “doğru zamanı” gözləyir.
Şimali Koreya gəmini suya “doğru zamanda” endirməklə endirməklə rəqiblərinə “şok effekti” yaşatmaq istəyir.
Anar Türkeş / Metbuat.az