Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.

Metbuat.az axşam.az-a istinadən verdiyi məlumata görə, test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.

Xəstəxanadan Axşam.az-a verilən məlumatda bildirilib ki, müğənninin hazırda durumu yaxşıdır. Onun hərarəti normala düşüb.

N.Musayev isə bu haqda danışmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirib.