Daş karxanasında daha bir faciə,

Aprelin 8-də saat 14 radələrində Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasında 1997-ci il təvəllüdlü Əhmədov Əli Muxtar oğlunun təmir işləri zamanı xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Əli Əhmədov daş karxanasında traktorun təmiri zamanı ekskavatorun qovşağına asılı vəziyyətdə olan döşəmə ilə traktorun kabinasının arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR