Daha bir qadın intihar etdi -

Hacıqabul rayonunda qadının intihar etməsinin təfərrüatı açıqlanıb.

Metbuat.az-ın report-a istinadən verdiyi məlumata görə, 29 yaşlı Gülər Musayeva özünü rayonun Udullu kəndinin ərazisindəki gölə atıb.

Hadisə nəticəsində boğulan qadının meyiti sudan çıxarılıb.

Məlum olub ki, bir gün əvvəl G.Musayevanı əri 40 yaşlı İntizar Musayev döyüb. Qadının da məhz bu səbəbdən intihar etdiyi ehtimal olunur.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, Hacıqabul Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR