x
Loading...
.

AFFA bu klubları CƏRİMƏLƏDİ

.

AFFA İntizam Komitəsi (İK) "Səbail" klubunun futbolçusu Məqsəd İsayevi 1 oyunluq cəzalandırıb.

Metbuat.az-ın məlumatına görə, buna 25 yaşlı müdafiəçinin "Sabah"la qolsuz heç-heçə etdikləri Premyer Liqanın XXII tur oyununda ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub. Klub İsayevə görə 200 manat məbləğində cərimələnib. "Sabah" isə 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat ziyana düşüb.

İK "Qəbələ"yə də 800 manat cərimə tətbiq edib. Əyalət təmsilçisinin 5 üzvü "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə sarı vərəqə alıb.

Komitə "Zirə" klubunu da eyni məbləğdə cərimələyib. Qəsəbə təmsilçisinin 4 oyunçusu "Keşlə" ilə qolsuz bərabərə qaldıqları oyunda sarı vərəqə ilə cəzalandırılıb. “Zirə” klubu stadiona gələrkən gecikdiyi üçün əlavə 800 manat da ödəməli olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR