Futzal millimiz Yunanıstanla qarşılaşacaq

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

Metbuat.az xəbər verir ki, 3-cü qrupda mübarizə aparan Joze Alesio da Silvanın çalışdırdığı kollektiv doğma meydanda Yunanıstan yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayındakı oyuna saat 19:00-da start veriləcək.

Milli komanda beş oyundan sonra 13 xalla qrup liderliyini və final mərhələsinə vəsiqəni təmin etdiyindən, yunanlarla görüş formal xarakter daşıyacaq. Qonaqlar isə cəmi 1 xalla sonuncu pillədə qərarlaşıblar.

AÇ-nin seçmə mərhələsi
3-cü qrup
14 aprel

19:00. Azərbaycan – Yunanıstan
Hakimlər: Yaroslav Vovçuk, Yevgeni Qordiyenko (hər ikisi Ukrayna).
Bakı İdman Sarayı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR