x
Loading...

Facebook pandemiyadan sonra da EVDƏN İŞLƏYƏCƏK

.

Sosial media şirkəti Facebook, yeni növ koronavirus (Covid-19) epidemiyası bitdikdən sonra işçilərinin evdə işləməyə davam edə biləcəyini bildirib.

Metbuat.az xəbər verir ki, BBC-də yer alan xəbərə görə, Facebook tərəfindən edilən açıqlamada, uzaqdan işləmək barədə "gələcəyin" mümkünlüyünün təsdiq olduğu ifadə edilib.

Facebook-un inkişaf departamenti üzrə vitse-prezident Brynn Harrington, bəzi işçilərin evdən işləyən zaman "həqiqətən uğurlu" olduqlarını və buna davam etmək istədiklərini söyləyib.

Qeyd edək ki, Facebook-un baş meneceri Mark Zuckerberg keçən ilin may ayında şirkətin işçilərinin 50 faizinin yaxın 5-10 il ərzində uzaq məsafədən işləyə biləcəyini bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR