Zelenskidən ermənilərə ağır zərbə: Onların üstündən xətt çəkdi

Ukrayna prezidenti Vladimir Zelenski qaçaqmalçılıqla əlaqəli şəxslərə sanksiya tətbiq edilməsi barədə fərman imzalayıb.

Metbuat.az xəbər verir ki, qərar 13 ölkənin vətəndaşlarını və 95 şirkəti əhatə edir. Onların arası iki rusiya vətəndaşı ilə yanaşı erməni əsilli tanınmış iş adamları Tiqran Melkonyan və Araik Amirxanyan da var. Odessada fəaliyyət göstərən Tiqran Melkonyanın rəhbəri olduğu şirkətə qarşı hələ 3 il əvvəl qanunsuz siqaret daşınmasına görə cinayət işi açılıb.

Arayik isə Ukrayna vətəndaşlarını qanunsuz yollarla Krımdan Rusiyaya keçirdiyi üçün bir müddət əvvəl həbs edilmişdi. Araik həmçinin Ukrayna şirkətlərinin əmlakını qanunsuz yollarla ələ keçirməkdə ittiham olunur.

Qeyd edək ki, Vladimir Zelenski bir neçə gün əvvəl Araik Amirxanyanın Ukrayna vətəndaşlığını ləğv edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR