Azərbaycan İsraildə turizm bürosu açacaq

İsraildə Azərbaycan turizm bürosunun yaradılması barədə Azərbaycanda qərar qəbul edilib.

Metbuat.az Trend-də istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazir Mikayıl Cabbarov İsrailin "Israel Hayom" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan 2019-cu ildə yaradılmış İkitərəfli iqtisadi əməkdaşlıq forumunun fəaliyyətində maraqlıdır və İsraildə Azərbaycan turizm bürosu bunun üçün vacib siqnal ola bilər.

Nazir qeyd edib ki, Azərbaycan İsrail turizm və kənd təsərrüfatı, eləcə də kibertəhlükəsizlik, təhsil, su ehtiyatları və səhiyyə sahələrində əməkdaşlıqda maraqlıdır:

"Özəl sektorda iki ölkə arasında əlaqələr möhkəmlənməkdə davam edir. Biz gələn il İsraildə ticarət bürosunu da açmağı planlaşdırırıq. Bu, ölkələrimiz arasında münasibətləri daha da dərinləşdirəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı