“Qarabağ” “Qəbələ”ni darmadağın etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

Metbuat.az xəbər verir ki, turun açılış oyununda "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilən görüş Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"a böyük hesablı qələbə qazandıran qollara Xayme Romero (64), Qara Qarayev (68) və Mahir Emreli (87, 89, 90+1) imza atıblar. Matçda het-trik edən Mahir Emreli çempionatda vurduğu qolların sayını 16-ya yüksəldib.

Beləliklə, bu görüşdən sonra xallarının sayı 50-yə çatan "Qarabağ" turnir cədvəlində liderliyini davam etdirir, "Qəbələ" isə 24 xalla 5-ci sırada qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR