Amazon gözəllik salonu açır

Amazon yeni texnologiyalar və məhsulları sınamaq üçün Londonda gözəllik salonu açacaq.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, pərakəndə nəhəngi, məhsullarını sərgiləməyi, yeni satış və digər texnologiyalarla təcrübə etməyi planlaşdırdığı ''Amazon Salon"nun istifadəyə verildiyini elan edib. Londondakı salonda saç baxımı və kəsimi xidmətləri təklif ediləcək.

Şirkət, salonun müştərilərinə Amazonun ''Fire'' tabletləri vasitəsi ilə İngiltərədəki mağazasından məhsulları almaq imkanı da verəcək. Bunun üçün istənilən məhsulun önünə, salondakı QR kodunu skan etmək kifayətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR