Kraldan Qətər Şeyxinə gözlənilməz dəvət

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Qətər Şeyxi Təmim bin Həməd Al Tanini krallığa dəvət edib.

Metbuat.az xəbər verir ki, bu barədə Qətər hökumətindən açıqlama verilib. Bildirilib ki, Dohaya səfər edən krallığın Xarici İşlər naziri Faysal bin Fərhan kralın dəvətini Qətər Şeyxinə çatdırıb.

Qeyd edək ki, Qətərlə digər ərəb ölkələri arasında gərginlik 3 ildən çox davam edib. Münasibətlər ötən ilin sonlarından başlayaraq düzəlib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR