Türkiyə Rusiya mənşəli Sputnik V peyvəndinin istifadəsinə icazə verib.

Metbuat.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca açıqlama verib. Bununla da, Türkiyə Sputnik V peyvəndinin istifadəsinə icazə verən 63-cü ölkə olub.

Qeyd edək ki, Türkiyədə 3 peyvəndin istifadəsinə rəsmi icazə verilib.