Şəhidimiz dəfn olundu -

Vətən müharibəsində şəhid olan və 8 ay sonra nəşi tapılan şəhid Əli Yusifov torpağa tapşırılıb.

Metbuat.az xəbər verir ki, şəhidimiz Şərur Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, sonuncu dəfə ailəsi ilə oktyabrın 3-də əlaqə saxlayan leytenant Əli Yusifovun 24 yaşı olub. Şəhidimiz Şərur rayonunun Oğuz kəndindəndir. Evin tək oğlu olan Əli nişanlı idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR