45 milyarda razı olmayan "Yahoo", 5 milyarda

Başlanğıcda bir axtarış motoru kimi fəaliyyət göstərsə də, zaman keçdikcə e-poçt və ani rabitə kimi xidmətlər təklif edən ''Yahoo'' daha əvvəlki kimi populyar deyil.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da olan "Verizon" telekommunikasiya şirkəti tərəfindən 2017-ci ildə 4,5 milyard dollara satın alınan Yahoo, yenidən satış

siyahısına salınıb. Bir neçə il öncə "Yahoo"-nu 4,5 milyard dollara, "AOL"-u 4,4 milyard dollara alan "Verizon" - iki şirkəti "Apollo Global Management"-ə ümumilikdə 5 milyard dollara satıb.

Qeyd edək ki, "Yahoo", "Microsoft"-un 2008-ci ildə 45 milyard dollarlıq təklifini aşağı olduğu səbəbiylə rədd etmişdi. Məhz o vaxtdan bəri onun satış qiyməti azalmağa davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR