Sanksiyaların Rusiya və Qərbə vurduğu zərərin həcmi açıqlandı

“Sanksiyaların Rusiyaya və Qərbə vurduğu iqtisadi zərər yüzlərlə milyard dollardır”.

Metbuat.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Qarşılıqlı sanksiya təzyiqinin artırılması həm Rusiya, həm də Qərb iqtisadiyyatı üzərində çoxşaxəli mənfi təsir formalaşdırır. Hər iki tərəfin zərərləri ilə bağlı fərziyyələr fərqlilik göstərir, ancaq yüzlərlə milyard dollarla ifadə edilir”, - o bildirib.

XİN rəsmisi vurğulayıb ki, Rusiya milli iqtisadiyyatında dolların payını azaltmaq və dünyanın dollara olan asılılığı ilə mübarizə aparmaq üçün get-gedə daha çox addım atır:

“Son vaxtlar Rusiya Türkiyə və Çinlə qarşılıqlı ödəmələrdə milli valyutalardan istifadəni nəzərdə tutan müqavilələr imzaladı. BRICS çərçivəsində də oxşar sazişlər mövcuddur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR