Türkiyə yeni ittifaq axtarışında -

Yaxın Şərq və Şimali Afrikada Türkiyənin siyasi uğuru hər keçən gün artmaqdadır. 8 illik fasilədən sonra Misirin paytaxtı Qahirədə Misir və Türkiyə arasında XİN başçılarının müavinləri səviyyəsində görüş baş tutdu.Bu hadisə 2013-cü ildə Misirdə baş vermiş hərbi çevrilişdən sonra tərəflər arasında ilk isti münasibətin qurulmasında addım idi.

Siyasi mövzunun gündəmdəki önəmini nəzərə alaraq “Atlas” Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov ilə müsahibə apardıq. Siyasi şərhçi Metbuat.az-a açıqlamasında bildirdi ki, Türkiyə son illər Yaxın Şərq və Afrika ilə münasibətləri yaxşılaşdırmağa başlayıb. Amma burada qarşılıqlı maraq da var.

“Həm Yaxın Şərq və Körfəz, həm də Şimali Afrika ölkələrinin Türkiyə ilə münasibətlərə marağı var. Burada xüsusilə Misirin adını vurğulamaq lazımdır. Görünən odur ki, bir neçə ay bundan öncə Türkiyəyə qarşı bəzi ittifaqlarda təmsil olunan Misir Ankara ilə razılığa gəlməkdən başqa yolu olmadığını anlayıb və ona görə də danışıqlar masasına oturmağa razılıq verib.Tramp hakimiyyəti dövründə Körfəz ölkələri eyni zamanda Misir, Amerika ilə münasibətləri normallaşdırmaq istiqamətində ciddi dəstək almaq üçün müəyyən adımlar atmışdılar. Hətta Trampın hakimiyyəti dövründə bu münasibətlər daha isti xarakter almışdı. Məhz bu addımların atılması yönündə Səudiyyə Ərəbistanı üst-üstə 380 milyard dollarlıq Amerika ilə silah alveri ilə bağlı müqavilə imzalamışdı. Amma Tramp hakimiyyətdən getdikdən sonra yeni seçilən ABŞ prezidenti Co Baydenin açıqlaması əvvəlki addımların üzərindən xətt çəkdi”.

Siyasi şərhçi bildirdi ki, Co Bayden hakimiyyətə gəldikdən sonra bildirdi ki, “bizim administrasiyanın hakimiyyəti dövründə, Donald Tramp zamanında baş verən proseslərə son qoyuldu”. Məhz bu açıqlamadan sonra həm Yaxın Şərq, həm Afrika ölkələri, həm də Misir artıq anladılar ki, Trampdan onlara xeyir gəlməyəcəkdir. Samir Hümbətov xüsusilə vurğuladı ki, Barak Obamanın dövründə biz “Ərəb Baharı”nın baş verməsini nəzərə alarsaq, bu olayların demokratlarda bir adət halını aldığını görmüş olarıq. Bu yaşanmış keçmişdən həm Yaxın Şərq, həm Afrika ölkələri, həm də Misir dərs götürərək ABŞ-la deyil regionda söz sahibi olan Türkiyə ilə münasibətləri inkişaf etdirməyəüstünlük verdilər.

“Mən qeyd edim ki, eyni zamanda burada Türkiyənin də maraqları var. O Yaxın Şərq ölkələri ilə münasibətləri yaxşılaşdıraraq bununla da regionda gücünü artırıb, Aralıq dənizində nüfuz dairəsini genişləndirmək siyasətini yürütməyi başladı. Təbii ki, 2013-cü ildə Misirdə baş vermiş hərbi çevrilişdən sonra Türkiyə-Misir arasında soyuqluq yaranmağa başlasa da, hazırda bu proseslər arxada qaldığından iki ölkə münasibətlərini daha da inkişaf etdirərək regionda yeni iş birliklərinə imza atırlar.

Eyni zamanda bu siyasi isti münasibətlərə Səudiyyə Ərəbistanı da maraq göstərir. Baxmayaraq ki, Misir Türkiyədən həm əhalisinə həm ərazisinə görə böyük ölkədir amma təkcə bu sadaladıqlarım deyil siyasi güc məsələsi də Misirin diqqətini çəkir”.

Politoloq qeyd etdi ki, Türkiyə həm iqtisadi, həm hərbi sahədə, istər yaxın Şərqd ə istər Şimali Afrika, istərsə də Cənubi Qafqazda güclü ölkədir. Bütövlükdə,Türkiyənin Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi, təhlükəsizlik baxımdan qarşılıqlı əlaqələrinin gücləndirilməsi onu göstərir ki, bu ölkələr də Türkiyə qarşı isti münasibətlər bəsləyirlər.

“Türkiyənin hazırda xarici sektor vektorları çoxşaxəlidir. ABŞ-ın atdığı addımlardan sonra regionda - Avrasiya qitəsində Türkiyə ABŞ-ın yerinə keçmək siyasətini həyata keçirir. Bu atılan bütün addımları izah edir. Bundan sonra Türkiyə ciddi cəhdə çalışacaq ki, regionun iqtisadi və siyasi imkanlarının gücünü əlində cəmləyərək, ABŞ-ı varlığını sıradan çıxarsın”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR