Çayın sahilinə gələn sakinlər DƏHŞƏTLİ mənzərə ilə üzləşdi -

Hindistanın Qanq çayı sahilində dəhşətli mənzərə yaranıb.

Metbuat.az xəbər verir ki, sahilə 40-45 cəsəd çıxıb. Məlum olub ki, onlar koronavirusdan dünyasını dəyişiblər. Bildirilir ki, həm krematoriyalar dolu olduğuna həm də cəsədlərin yandırılması üçün xərc tələb olunduğuna görə cəsədlər çaya atılıb. Yerli dairələr cəsədlərin çaya atılmaması barədə sakinlərə xəbərdarlıq edib.

Məlumata görə, sahilə çıxan cəsədləri itlər parçalayır. Bu da koronavirusun yayılmasına təsir göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR