x
Loading...
.

Ağadadaş Ağayev ağır əməliyyata girəcək - FOTO

.

Xalq artisti Ağadadaş Ağayev yenidən əməliyyat olunacaq.

Metbuat.az xəbər verir ki, Xalq artistinin əməliyyat olunacağını aparıcı Hacı Nuran Hüseynov özünün "İnstagram" hesabında yazıb. O bildirib ki, xərçəngdən əziyyət çəkən müğənni sabah ağır əməliyyat keçirəcək:

“İndidən Tanrıya dua edirəm. Həyat yoldaşı, mən, bütün həkim personalı, doğmaları onun üçün dua edir. Çünki olduqca ağır əməliyyatdır. Əminik ki, Ağadadaş bu sınaqdan da üzüağ çıxacaq, bütün sınaqlardan çıxdığı kimi.Zatən Ağadadaş müəllimin bütün həyatı bir sınaq meydanı olub. O da mərdcəsinə qalib gəlib hər zaman. Mən bunun şahidiyəm. Ağadadaş Ağayev bu həyatda qazandığı bütün uğurlara dişiylə-dırnağıyla sahiblənib. Bu gün səhhəti sınayır onu. Əsrin bəlası olan xərçəng xəstəliyinə Ağadadaş qalib gələcək. Sabahkı əməliyyatdan sağ-salamat çıxasan. Dua edin, dostlar!”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR