İsraildən İNANILMAZ TƏLƏ -

İsrail ordusunun Qəzza zolağında quru əməliyyatlarına başlaması barədə açıqlaması Həmas üçün tələ imiş.

Metbuat.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. İddialara görə, məqsəd Həmas silahlılarını quru əməliyyatlarının başladığına inandıraraq, onları tunellərə çəkilməyə məcbur etmək olub. Ardınca isə İsrailə məxsus qırıcılar Qəzza zolağında yeraltı tunelləri bombalayıb.

Qeyd edək ki, ötən axşam İsrail mənbələri ordunun Qəzza zolağında quru əməliyyatlarına başladığını açıqlamış, bir neçə saat sonra bunun tərcümə səhvi olduğu bildirilmişdi.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR