"Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatdı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Metbuat.az-ın məlumatına görə, ilk matçda "Bavariya" Almaniyada İspaniyanın "Real" klubunu qəbul edib.

Qarşılaşma heç-heçə başa çatıb - 2:2.

Madrid klubunda Vinisius Junior 24-cü dəqiqədə hesabı açıb. "Bavariya"da 53-cü dəqiqədə Leroy Sane, 57-ci dəqiqədə penaltidən Harri Keyn fərqləniblər. 83-cü dəqiqədə Vinisius Junior 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə özünün və komandasının ikinci qoluna imza atıb.

Tərəflər arasında cavab görüşü mayın 8-də olacaq.

Qeyd edək ki, digər yarımfinal matçında Almaniyanın "Borussiya" (Dortmund) klubu Fransa çempionu PSJ-ni qəbul edəcək. Oyun bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR