"WhatsApp" istifadəçilərinin

Bu gündən etibarən "WhatsApp" istifadəçiləri seçim qarşısında qalır.

Metbuat.az xəbər verir ki, "WhatsApp" istifadəçiləri yeni qaydalarını qəbul etmək və ya onlardan imtina etmək məcburiyyətindədir.

"WhatsApp" üçün yeni istifadə şərtləri ilə razılaşanlar əvvəlki kimi tətbiqdən istifadə edə biləcəklər. Yenilənmiş qaydaları qəbul etməyən istifadəçilər isə funksiyalarda ciddi şəkildə məhdudiyyətlərlə qarşılaşacaqlar.

"WhatsApp" istifadəçilərinin hesablarının silinməyəcəyini bəyan etsə də, mesajları əvvəlki kimi oxumaq və göndərmək mümkün olmayacaq.

Mesajlaşma yalnız şəxs yenilənmiş şərtlərlə razılaşana qədər zənglər və bildirişlər almaq üçün işləyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR