Bu avtobusda gediş haqqı azaldıldı

Vətəndaşlarımızın rahatlığı nəzərə alınaraq M8 ekspress xətti (Maştağa qəs-“Gənclik” m/st) adi rejimə keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli "Twitter" hesabındakı paylaşımında qeyd edib.

"Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib. Daim Sizin xidmətinizdəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR