İsrail 1 illik atəşkəs təklifini rədd etdi

İsrail Fələstinlə 1 illik atəşkəs təklifini rədd edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Əl Arabiya” televiziyası məlumat yayıb. İddialara görə, təklifi Misir irəli sürüb və Qahirə atəşkəs prosesinin koordinasiya edilməsində iştirak etmək istəyib. Qahirə Fələstinin atəşkəsə əməl edəcəyinə dair təminat verib. Təklifə görə, İsrail qanunsuz zəbt etdiyi Fələstin torpaqlarından çəkilməli və Qəzzada liderlərin sui qəsdlərini dayandırmalıdır. Lakin İsrail təklifi rədd edib.

Bildirilir ki, təklifin rədd edilməsindən sonra Qahirə Təl-Əvivlə bəzi sahələrdə əməkdaşlığı dayandırıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR