Damla xeyriyyə tədbirindən imtina etdi:

ARB TV-nin "Bazar Düzü" verilişinin növbəti qonağı təşkilatçı Ömər Abdullayev olub.

Metbuat.az xəbər verir ki, gənc təşkilatçı xeyriyyə tədbirlərindən qonorar istəyən məşhurların adını çəkməkdən çəkinməyib:

"Təşkil etdiyimiz xeyriyyə tədbirlərinə çağırdığımız ifaçılardan qonorar istəyənlər olub. 2018-ci ildə əlil uşaqlar üçün təşkil olunan konsertdə iştirak üçün müğənni Kərim 500 manat istəmişdi. Daha sonra Gülüstan Əliyeva da qonorar istəyib. İfaçı Damla xanıma dəfələrlə zəng vurmuşuq. Deyir ki, biz ümumiyyətlə xeyriyyə tədbirinə getmirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR