“Qarabağ” “Neftçi”yə qarşı -

Futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci - sonuncu turunun oyunu başlayıb. Ölkə çempionunun müəyyənləşəcəyi görüşdə "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gəlir.

"Dalğa Arena"da təşkil olunan matç saat 20:30-da start götürüb.

“Neftçi” klubunun start heyətində meydana Aqil Məmmədov Namik Ələskərov, Emin Mahmudov, Mamadu Mbodj, Mamadu Kane, Voyislav Stankoviç, Sabir Buqrin, Keysuke Honda, Yusuf Laval, Anton Krivotsyuk, Ömər Buludov çıxıblar.

“Qarabağ”ın start heyətində Emil Balayev, Maksim Medvedev, Qara Qarayev, Bədavi Hüseynov, Mahir Emreli, Abdullah Zubir, Xayme Romero, Kevin Medina, Patrik Andrade, İsmayıl İbrahimli və Elvin Cəfərquliyev yer alıblar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR