Yunanıstanın paytaxtı Afinanın qərbində yerləşən Lutraki şəhərindəki meşəlik ərazidə yanğınlar baş verib.

Metbuat.az xəbər verir ki, sürətlə yaşayış məntəqəsi istiqamətində irəliləyən alov çox sayda tikilini sıradan çıxarıb. Yanğınların qarşısını almaq üçün çox sayda təyyarə və yanğınsöndürən cəlb edilib.

Könüllülər də alovun qarşısının alınması işlərinə dəstək verir.