BNA: Bakının mərkəzi küçə və prospektlərində sıxlıq var

Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

BNA-dan Metbuat.az-a verilən məlumata görə, sıxlıq olan küçə və prospektlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində çətinliklər müşahidə olunur. Hərəkət intervalında gecikmələr var.

Bildirilir ki, Heydər Əliyev prospekti şəhər istiqamətində, Qara Qarayev prospekti “Koroğlu” istiqamətində, Qələbə dairəsi ətrafı, Yusif Səfərov küçəsi və Afiyəddin Cəlilov küçəsində tıxac var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR