Avropa Birliyi Belarus hava yollarına məxsus sərnişin təyyarələrinə sanksiya tətbiq edib.

Metbuat.az xəbər verir ki, qadağaya görə, Belarus təyyarələri Avropa Birliyinin hava məkanına daxil ola bilməz. Qadağaların tətbiq edilməsinə Belarusun “Ryanair” şirkətinə məxsus sərnişin təyyarəsini məcburi şəkildə Minskə endirməsidir.

Xatırladaq ki, Afinadan Vilnüsə uçan təyyarə bomba təhlükəsi bəhanəsilə qırıcının müşayəti ilə Minskə endirilib. Lakin sonradan məlum olub ki, əslində təyyarənin endirilməsində məqsəd sərnişinlər arasında olan Belarus müxalifətçi Roman Protaseviçi həbs etməkdir.

Anar Türkeş / Metbuat.az