Azərbaycanın ən çox mobil telefon idxal etdiyi ölkələr -

2021-ci ilin I rübündə Azərbaycana xaricdən 75,145 mln. ABŞ dolları məbləğində 483 621 ədəd mobil telefon gətirilib.

Metbuat.az "APA-Economics"ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 72,7%, məbləğ ifadəsində isə 98,6% (demək olar iki dəfə) artıb.

Cari ilin yanvar-mart aylarında Azərbaycana ən çox mobil telefon Çindən idxal edilib. Belə ki, hesabat dövründə Çindən ölkəyə 41,550 mln. dollar dəyərində 272 848 ədəd telefon gətirilib, bu da miqdar ifadəsində 52,4%, məbləğ ifadəsində 98% artıb.

Azərbaycanın mobil telefon idxalında ikinci olan Vyetnamdan isə ölkəyə 24,573 mln. dollarlıq 164 821 ədəd telefon tədarük edilib ki, bu da illik müqayisədə müvafiq olaraq 3,1 dəfə və 2,4 dəfə çoxdur.

Azərbaycanın ən çox mobil telefon idxal etdiyi ölkələr – TOP-5:

#

Ölkə

Ədəd

İllik dinamika

Dəyər, mln. $

İllik dinamika

1

Çin

272 848

52,4%

41,550

98%

2

Vyetnam

164 821

3,1 dəfə

24,573

2,4 dəfə

3

Hindistan

43 884

-6,2%

8,714

34,4%

4

Fransa

2 000

-

0,203

-

5

Kanada

20

-

0,046

-


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR